QR CodeQR Code

Seyid Həsən Nəsrullah: “ABŞ-ın planları alt-üst oldu”

Deyerler , 15 Sep 2021 10:01

İslamtimes - Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda hökumətin qurulmasından məmnun olduğunu bildirib və yeni hökumətin xalqın güzəranı və iqtisadi vəziyyəti ilə maraqlanmalı olduğunu söyləyib.



Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (13 sentyabr) axşam Livanda hökumətin qurulmasından sonra ölkədə və bölgədə baş verən hadisələrlə bağlı çıxış edib.
 
Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Livan hökumətinin qurulmasına toxunaraq, Hizbullahın bu məsələni alqışladığını və bu uğurda əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib: “Kabinetin prioriteti aydındır. Xalq üçün xüsusi prioritet... İnsanların dolanışığını düşünən kabinetə ehtiyacımız var.
 
İndiki hökumətin prioriteti islahatlar aparmaq və ölkəni dağılmaqdan xilas etmək olmalıdır”.
 
Seyid Həsən Nəsrullah Hizbullahın parlament seçkilərinin vaxtında keçirilməsinə verdiyi dəstəyə toxunaraq, belə danışıb: “İlk gündən səmimi olaraq bu kabinetin qurulmasını istədik. Seçkilər, əlbəttə ki, indiki hökumətin prioritetlərindən və vəzifələrindən biridir. Ümid edirik ki, bu kabinetə ən qısa zamanda etimad səsi veriləcək, çünki vaxt azdır”.
 
Hizbullahın baş katibi çıxışının başqa bir hissəsində İranın Livana yanacaq göndərməsi ilə bağlı açıqlamalar verib və bunları söyləyib: “Neft məhsulları daşıyan ilk İran tankerinin təyinatı ilə bağlı iki seçimimiz var idi: Livan və ya Suriya ... Amma Livan hökumətinə problem yaratmamaq üçün onu Suriyaya göndərmək qərarına gəldik. Suriya razılaşdı ... Bu uğurun əldə edilməsində dəstəklərinə, asanlaşdırılmasına və iştirakına görə, Suriya rəhbərliyinə təşəkkür edirik”.
 
Seyid Həsən Nəsrullah sözlərini belə davam etdirib: “Suriya gəmilərin hərəkətini və tankerlərin Baniyas limanında saxlanılması və sərhədlərə gediş-gəlişini asanlaşdırdı... Neft məhsulları daşıyan ilk gəmi bazar günü (12 sentyabr) axşam Baniyas limanına gəldi və bu gün (13 sentyabr) yükünü boşaldır... məhsulların əl-Bəqaaya köçürülməsi bu cümə axşamı başlayacaq.
 
Bir gəmi göndərmə vədinin media üçün olduğunu və həqiqət olmadığını iddia edən bir çox adamın hesablamaları pozuldu. İsrail rejiminin gəmiləri hədəfə alacağına ümid edənlər yanıldılar ... İsrail rejiminin başına bəla gəldi. Mövcud çəkindiricilik tənliyi ilk gəminin gəlişini dəstəklədi”.
 
Hizbullahın baş katibi gəmilərin uğursuzluğu üzərinə hesablamalar edən ABŞ-ın hesablamalarının uğursuz olduğuna diqqət çəkərək, belə deyib: “Burada Hizbullahla Livan hökuməti arasında problem yaradacağını düşünənlərin hesabları alt-üst edildi. Bütün bu hesablamalar bitdi, real və ciddi iş mərhələsinə çatdıq.
 
Dizel yanacaqlı gəmi bir neçə gün ərzində Baniyasa gələcək. İrandan benzin daşıyan üçüncü gəminin göndərilməsi üçün də inzibati tədbirlər görüldü ... Dördüncü gəmi də dizel daşıyacaq və daha sonra göndəriləcək ... Növbəti gəmilər üçün yeni hökumət qərar verəcək.
 
Hizbullah bu gəmilərlə ticarət və qazanc əldə etmək istəmir, əksinə Livan xalqının problemlərini yüngülləşdirməyə çalışır. İrandan dizel və ya benzin almaqda problem yaşayan bəzi qurumların və ya partiyaların olduğunu düşünürük, amma neft məhsulları bütün Livan xalqına aiddir.
 
Yanacaq məhsullarının paylanması ilə əlaqədar olaraq belə hərəkət edərik: sentyabrın 16-dan oktyabrın 16-dək bu məhsulları bir ay ərzində aşağıdakı təşkilatlara pulsuz olaraq verəcəyik:
 


Story Code: 953930

News Link :
https://www.islamtimes.org/az/news/953930/seyid-həsən-nəsrullah-abş-ın-planları-alt-üst-oldu

Islam Times
  https://www.islamtimes.org