QR CodeQR Code

BMT-dən Azərbaycan-Ermənistan dialoquna münasibət

15 Sep 2021 11:30

İslamTimes: BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.


Axar.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid münaqişədən sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasında müzakirəsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”, - deyə o qeyd edib.


Story Code: 953949

News Link :
https://www.islamtimes.org/az/news/953949/bmt-dən-azərbaycan-ermənistan-dialoquna-münasibət

Islam Times
  https://www.islamtimes.org