QR CodeQR Code

26 azərbaycanlı Almaniyadan deportasiya olundu

15 Sep 2021 10:53

İslamTimes: 26 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.


Sentyabrın 14-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 26 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən Axar.az-a verilən məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.


Story Code: 953952

News Link :
https://www.islamtimes.org/az/news/953952/26-azərbaycanlı-almaniyadan-deportasiya-olundu

Islam Times
  https://www.islamtimes.org