0
Wednesday 15 September 2021 - 14:00

İsrail rejimi həbsxanadan qaçmış əsirlərin girov götürülmüş qardaşlarını azad etdi

Story Code : 953979
İsrail rejimi həbsxanadan qaçmış əsirlərin girov götürülmüş qardaşlarını azad etdi

Deyerler.org Rasthaber-ə istinasdən xəbər verir ki, Fələstinli Əsirlər Cəmiyyətinin açıqlamasına görə, İordan çayının qərb sahilinin şimalındakı Səlim Məhkəməsi həbsxanadan qaçan fələstinlilər Əyhəm Fuad Mahmud Abdullah Əl-Arıdanın qardaşı Rəddad və Məhəmməd Əl-Arıdanın qardaşı Basimi azadlığa buraxıb.
 
Tutulan əsirlərin qohumu olduğu aşkarlanan və azadlığa buraxılan Nidal Əl-Arıdanın sorğu-sual əsnasında qolunun sındırıldığı qeyd edilib.
 
Həbsxanadan qaçmış 6 əsirdən 4-ü sionist rejimin qüvvələri tərəfindən həbs edilib.
 
Qeyd edək ki, 6 fələstinli əsir sentyabrın 6-da səhər saatlarında işğalçı İsrail rejiminin ciddi qorunan Gilboa həbsxanasından tunel qazaraq qaçmışdılar.
 
Source : Deyerler
Comment