“Ermənistan sülh mesajına hələ cavab verməyib” - Hulusi Akar
Story Code : 953988
Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.
H.Akar bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə də köməklik göstərilir:
“Bütün təhdidlərə qarşı işbirliyimizi ortaya qoyuruq. Bununla məqsədimiz bölgədə sabitliyi təmin etməkdir. Təəssüf ki, Ermənistana qarşı sülh mesajı olsa da, hələ Ermənistan buna qarşılıq verməyib”.