QR CodeQR Code

“Ermənistan sülh mesajına hələ cavab verməyib” - Hulusi Akar

15 Sep 2021 15:41

İslamTimes: Birgə Mərkəzdə Türkiyə və Rusiyanın hərbçiləri birlikdə xidmət aparır, atəşkəsə nəzarət edir və atəşkəsin davamlı olması üçün birgə səy göstərir.


Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

H.Akar bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə də köməklik göstərilir:

“Bütün təhdidlərə qarşı işbirliyimizi ortaya qoyuruq. Bununla məqsədimiz bölgədə sabitliyi təmin etməkdir. Təəssüf ki, Ermənistana qarşı sülh mesajı olsa da, hələ Ermənistan buna qarşılıq verməyib”.

 


Story Code: 953988

News Link :
https://www.islamtimes.org/az/news/953988/ermənistan-sülh-mesajına-hələ-cavab-verməyib-hulusi-akar

Islam Times
  https://www.islamtimes.org