QR CodeQR Code

Talibandan "qaçan" Əfqanıstan qadın futbol komandası Pakistana keçib (FOTO)

15 Sep 2021 15:07

İslamTimes: Əfqanıstanın qadınlardan ibarət futbol komandası Pakistanın İslamabad şəhərinə çatıb.


SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bunu Pakistanın İnformasiya naziri Fuad Çudri rəsmi tvitter hesabında yazıb.

Pakistanlı nazir Əfqanıstanın qadınlardan ibarət millisini İslamabadda qarşılandığını bildirib.

Bildirilib ki, Əfqanıstanın qadınlardan ibarət millisi quru sərhəd keçidini keçərək, ölkəyə daxil olublar. Pakistanın Futbol Federasiyasının rəsmiləri Əfqanıstan komandasını qarşılayıblar.

Qeyd edək ki, FİFA da bundan öncə Əfqanıstanın qadınlardan ibarət millisinin oyunçularının bu ölkədən təxliyə ediləcəyini bildirmişdi.


Story Code: 953990

News Link :
https://www.islamtimes.org/az/news/953990/talibandan-qaçan-əfqanıstan-qadın-futbol-komandası-pakistana-keçib-foto

Islam Times
  https://www.islamtimes.org