0
Wednesday 15 September 2021 - 21:42

Qəribabadi: Danışıqlara qayıdacağımızı istisna etmirik

Story Code : 954039
Qəribabadi: Danışıqlara qayıdacağımızı istisna etmirik
İran İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti Şurasındakı daimi nümayəndəsi bu həftə keçirilən iclasda Tehranın nüvə danışıqlarına qayıtmaqla bağlı mövqeyi haqqında ətraflı məlumat verib.

Kazim Qəribabadi Əl-Cəzirə telekanalına verdiyi müsahibədə deyib: "Rəsmi Tehranın danışıqlara qayıtması istisna edilmir. Amma sadəcə danışıqlar bərpa olunsun deyə boş müzakirə aparmaq istəmirik."

İran İslam Respublikasının nümayəndəsi əlavə edib: "MAQATE-nin İdarə Heyəti Şurasında atmosfer ümumi olaraq müsbətdir."