Yəmən ordusu Əl-Bəyzadakı son qərargahı da nəzarətə götürdü
Story Code : 954061
Yəmənli mənbələr bu axşam Yəmən ordusu və xalq komitələrinin Əl-Bayza əyalətində yeni irəliləyişlərə nail olduğunu bildirib.
Əl-Mayadin şəbəkəsi bu mənbələrə istinadən bildirib: "Ordu və xalq komitələri Əl-Bayza əyalətində (istefa vermiş prezident) Mənsur Hadi və Əl-Qaidə qüvvələrinin son qərargahı sayılan Əl-Some mahalının mərkəzini nəzarətə götürüblər."
Hesabatın yayımlanmasından bir neçə dəqiqə sonra digər mənbələr də Əl-Cəzirə telekanalına verdikləri müsahibədə Yəmən ordusu və xalq komitələrinin Əl-Bayza əyalətinin böyük hissəsini nəzarətə götürdüklərini bildirərək bu xəbəri təsdiqləyiblər.