QR CodeQR Code

Talibandan sürpriz Türkiyə açıqlaması: “Ən qısa vaxtda razılaşa bilərik”

16 Sep 2021 02:52

İslamTimes: Talibanın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəki Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiklərini açıqlayıb.


Teleqraf.com xəbər verir ki, Müttəki Türkiyə rəsmiləri ilə təmasda olduqlarını bildirib.

“Türkiyədən gözləntimiz Əfqanıstan xalqının yanında olmaq və ölkəmizin infrastruktur işlərinə, xüsusilə də Kabil hava limanının yenidən qurulmasına kömək etməkdir. Bu məsələlərlə əlaqədar Türkiyə ilə təmasdayıq.

Danışıqlarımız ən qısa vaxtda müəyyən nəticələrlə yekunlaşa bilər”, - nazir müavini deyib.

Müttəki Türkiyənin yaxşı hökumətə sahib olduğunu qeyd edib.


Story Code: 954078

News Link :
https://www.islamtimes.org/az/news/954078/talibandan-sürpriz-türkiyə-açıqlaması-ən-qısa-vaxtda-razılaşa-bilərik

Islam Times
  https://www.islamtimes.org