QR CodeQR Code

İran ABŞ-a yardım etməyə hazırdır

29 Aug 2011 15:41

İran Mərkəzi və Şimali Amerika ölkələrində qasırğadan ziyan görmüş əhaliyə yardım etməyə hazırdır.


Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. Bu barədə Trend İran XİN-in rəsmi saytına istinadən məlumat verir.

Mehmanpərəst güclü qasırğada həlak olmuş şəxslərin ailələrinə İran hökumətinin başsağlığını çatdırıb. "İranın Qırmızı Aypara cəmiyyəti qasırğadan zərər görmüş ölkələrə yardım etməyə hazırdır", - Mehmanpərəst deyib.

"Ayrin" qasırğası nəticəsində ABŞ-da ölənlərin sayı 14-ə çatıb. 2 milyondan artıq insan evlərini tərk edib.


Story Code: 95414

News Link :
https://www.islamtimes.org/az/news/95414/iran-abş-a-yardım-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org