0
Thursday 16 September 2021 - 12:33

ABŞ Misirə hərbi yardımı kəskin azaldır

Story Code : 954146
ABŞ Misirə hərbi yardımı kəskin azaldır
Axar.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, ABŞ-ın bu addımı atmasına səbəb Misirdəki insan haqları problemləridir. Vaşinqtonun hərbi yardımı 300 milyon dollardan 170 milyona dollara salmaq niyyətində olduğu bildirilib. Geri qalan 130 milyon dolların Misirin insan haqları sahəsində bəzi şərtləri icra edəcəyi təqdirdə veriləcəyi vurğulanıb.