0
Thursday 16 September 2021 - 13:16

İranın 20 yanacaq tankeri Livana daxil oldu

Story Code : 954147
İranın 20 yanacaq tankeri Livana daxil oldu
Bu barədə "Əl-Mənar" məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikasından yanacaq daşıyan 20 tanker Livan ərazisinə daxil olub və bu tankerlər hazırda əl-Hormal ərazisindədir. Göndərilən hər tankerdə 50 min litr mazut var.
Dünən gecə Livan "Hizbullah"ının baş katibi Seyid Həsən Nəsrullah ölkəyə yanacaq tankerlərinin gəlişi ərəfəsində bildirib:
"İlk növbədə, dəstəyinə və gəldiyinə görə onlara təşəkkür edirəm. İkincisi, onları və bölgədəki "Hizbullah" məsul qardaşlarını hamının sağlamlığını və rahatlığını qorumaq və köçürmə prosesini ən yaxşı şəkildə asanlaşdırmaq üçün karvan keçərkən heç bir kütləvi toplantı keçirməməyə çağırıram". /Eastnews/