0
Thursday 16 September 2021 - 15:16

İbrahim Rəisi prezident seçildikdən sonra ilk dəfə olaraq xaricə səfərə çıxıb

Story Code : 954154
İbrahim Rəisi prezident seçildikdən sonra ilk dəfə olaraq xaricə səfərə çıxıb
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, İranın yeni prezidenti İbrahim Rəisi bu gün Tacikistana yola düşüb.

Tacikistan səfərindən məqsəd burada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaqdır.

İran prezidenti burada Vladimir Putinlə də görüşməli idi ki, Rusiya mətbuatı ötən gün onun koronavirusa yoluxma ehtimalı olduğundan Tacikistana getməyəcəyini yazıblar.

Qeyd edək ki, İran Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində iştirak edir. Tacikistan toplantısında İranın Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv olması da müzakirə ediləcək.