QR CodeQR Code

Gərginlik artır: Fransa ABŞ-dakı səfirini geri çağırdı

18 Sep 2021 01:30

İslamTimes: Fransa məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN səfirlərin geri çağırılma səbəbini ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla əlaqələndirib.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yaradılmasını elan ediblər.

Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük (90 milyard dollarlıq - red.) müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.


Story Code: 954391

News Link :
https://www.islamtimes.org/az/news/954391/gərginlik-artır-fransa-abş-dakı-səfirini-geri-çağırdı

Islam Times
  https://www.islamtimes.org