QR CodeQR Code

Taliban müqavimət cəbhəsi ilə danışıqlara başlayır

18 Sep 2021 02:27

İslamTimes: Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan Müqavimət Qüvvələri ilə radikal Taliban hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək.


Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidenti İmaməli Rəhman Pakistanın Baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.

“Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır", - İ.Rəhman deyib.

Qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Əfqanıstanın "Tolo Nyus" telekanalı bildirib ki, Pəncşir əyalətinə gedən yollar yenidən açılıb və telekommunikasiya xidmətləri bərpa edilib.


Story Code: 954392

News Link :
https://www.islamtimes.org/az/news/954392/taliban-müqavimət-cəbhəsi-ilə-danışıqlara-başlayır

Islam Times
  https://www.islamtimes.org