0
Saturday 18 September 2021 - 09:28

Ərdoğan Putinlə görüşə gedir: Qarabağ da masada olacaq

Story Code : 954430
Ərdoğan Putinlə görüşə gedir: Qarabağ da masada olacaq
Rəcəb Tayyib Ərdoğan 19-22 sentyabr tarixlərində BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Bu səfərdən dərhal sonra cənab Ərdoğanın Rusiyaya rəsmi səfəri olacaq. Soçidə Ərdoğanla Putin arasında keçiriləcək görüşdə Türkiyə-Rusiya münasibətləri baxımından çox önəmli olan İdlib və Qarabağ məsələlərinin müzakirəsi gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Doğacan Başaran deyib.