QR CodeQR Code

Suriya ordusu 8 il sonra Tefs şəhərinə daxil oldu və...

إسلام تايمز , 18 Sep 2021 22:39

İslamTimes: Suriyanın Dara əyalətinin qərbində yerləşən Tefs şəhərində məskunlaşmış yüzlərlə silahlı, bölgədəki barışıq sazişinə uyğun olaraq silah-sursatlarını Suriya ordusuna təhvil verib.


"Sputnik" informasiya agentliyinin məlumatına görə, Tefs şəhərindəki silahlıların Suriya ordusu və təhlükəsizlik qüvvələri təhvil verdiyi silahlar arasında əldəqayırma partlayıcı qurğular, tank əleyhinə raketlər, onlarla pulemyot, Kalaşnikov avtomatları və digər döyüş sursatları var.

Qeyd edək ki, Suriya ordusu səkkiz ildən sonra bu gün günorta saatlarında Dara əyalətinin qərbindəki Tefs şəhərinə daxil olublar.

Silahlı qruplarla Suriya hakimiyyəti arasında saziş əldə edilməsindən sonra, bu şəhərlərdəki insanların problemləri də bir-bir həllini tapır.


Story Code: 954561

News Link :
https://www.islamtimes.org/az/news/954561/suriya-ordusu-8-il-sonra-tefs-şəhərinə-daxil-oldu-və

Islam Times
  https://www.islamtimes.org