0
Saturday 18 September 2021 - 23:06

Yəmən müdafiə naziri: Təcavüzkarlara Yəmən tam azad olunanadək cavab veriləcək!

Story Code : 954563
Yəmən müdafiə naziri: Təcavüzkarlara Yəmən tam azad olunanadək cavab veriləcək!
Əl-Məsirə informasiya şəbəkəsinin verdiyi məlumata görə, general-mayor Məhəmməd Nasir Əl-Atefi Əl-Cəvf əyalətində "Cəbhət əl-elm" qərargahına baxış keçirən zaman Yəmən ordusu döyüşçüləri və xalq komitələri ilə də söhbətləşib və oradakı döyüş əməliyyatlarının gedişi haqqında açıqlama verib və deyib:

"Bütün siyasi, əxlaqi və humanitar meyarlara əsasən Yəmən torpaqları və xalqına qarşı müharibə ədalətsiz, zalımcasına bir təcavüzdür! Biz təcavüzkarlar torpaqlarımızı tərk edənədək onların bu təcavüzünə cavab verməyə davam edəcəyik!"