0
Sunday 19 September 2021 - 02:08

Nyu-Yorkda məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib

Story Code : 954576
Nyu-Yorkda məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əksəriyyəti əllərində ABŞ bayraqları ilə gələn etirazçılar tədbirlərin ləğv edilməsinə çağırış ediblər. Etirazçıların bir çoxu öz narazılıqlarını şəxsən ABŞ prezidenti Co Baydenə ünvanlayıblar.

“Mən peyvəndləmənin özünə qarşı deyil, rəsmilərin məcburiyyət siyasətinə qarşıyam. Bu, Amerika əsaslarına, konstitusiyasına ziddir”, - deyə Amanda adlı etirazçı bildirib.

Qeyd edək ki, aksiya baş verən əraziyə polis bölmələri də cəlb olunub, ancaq qarşıdurma qeydə alınmayıb.