QR CodeQR Code

Nyu-Yorkda məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib

19 Sep 2021 02:08

İslamTimes: Nyu-Yorkun əsas meydanı olan Tayms-skver meydanında yüzlərlə etirazçı bir araya gələrək, koronavirusa qarşı məcburi peyvəndləməyə narazılıqlarını bildiriblər.


APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əksəriyyəti əllərində ABŞ bayraqları ilə gələn etirazçılar tədbirlərin ləğv edilməsinə çağırış ediblər. Etirazçıların bir çoxu öz narazılıqlarını şəxsən ABŞ prezidenti Co Baydenə ünvanlayıblar.

“Mən peyvəndləmənin özünə qarşı deyil, rəsmilərin məcburiyyət siyasətinə qarşıyam. Bu, Amerika əsaslarına, konstitusiyasına ziddir”, - deyə Amanda adlı etirazçı bildirib.

Qeyd edək ki, aksiya baş verən əraziyə polis bölmələri də cəlb olunub, ancaq qarşıdurma qeydə alınmayıb.

 


Story Code: 954576

News Link :
https://www.islamtimes.org/az/news/954576/nyu-yorkda-məcburi-peyvəndləməyə-qarşı-etiraz-aksiyası-keçirilib

Islam Times
  https://www.islamtimes.org