0
Sunday 19 September 2021 - 09:55

ABŞ Konqresi yaxınlığında aksiya keçirilib

Story Code : 954610
ABŞ Konqresi yaxınlığında aksiya keçirilib
APA xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

Mitinqlə əlaqədar Vaşinqtonun mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, polislər yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Justice for J6” nümayişinin iştirakçıları Kapitoliyə hücum etməkdə şübhəli bilinən 600-dən çox şübhəli barəsində məhkəmələrdə ədalətli münasibət tələb ediblər.

Polis aksiyaların qarşısını alıb. Aksiya zamanı ciddi iğtişaşlar müşahidə edilməyib.