QR CodeQR Code

Körpə qatili ABŞ-ın gerçək siması

إسلام تايمز , 19 Sep 2021 13:14

İslamTimes: Pentaqon aralarında 6 uşaq olan 9 nəfəri qətlə yetirdiyini etiraf etsə də, bu cinayətə görə nə kimsə istefa edib, nə də kimsə töhmət alıb!


Pentaqon Əfqanıstanda törətdiyi qandonduran vəhşilikdən günlər sonra törətdiyi cinayəti etiraf etmək məcburiyyətində qaldı. Amerikanın Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı, general Kennet Makkenzi ilk öncə ABŞ PUA-sının Əfqanıstanda İŞİD terrorçusunu hədəf aldığını israrla bildirsə də, inkaredilməz sübutlar ortaya qoyulduqdan sonra, cinayət işlədiklərini etiraf edib.
Qeyd edək ki, avqust ayının sonlarında Əfqanıstan əhalisinin hava limanlarına üz tutduğu vaxt, insanlara su və ərzaq çatdırıraq onlara yardım göstərən şəxs ABŞ pilotsuz təyyarəsinin hücumuna məruz qalmışdı. ABŞ PUA-sı Əfqanıstanın paytaxtı Kabildə bu şəxsin evinə zərbə endirərək aralarında iki və üç yaşlı körpələr də olan 6 uşağı, o cümlədən 3 digər dinc sakini amansızlıqla qətlə yetirib.
Pentaqon bu cinayəti etiraf etsə də, nə kimsə istefa etdi, nə də kimsə töhmət aldı!


Story Code: 954640

News Link :
https://www.islamtimes.org/az/news/954640/körpə-qatili-abş-ın-gerçək-siması

Islam Times
  https://www.islamtimes.org