0
Sunday 19 September 2021 - 20:54

Makron İsveçrə səfərini ləğv etdi

Story Code : 954666
Makron İsveçrə səfərini ləğv etdi
Axar.az xəbər verir ki, bu barədə "Le Matin Dimanche" məlumat yayıb.

Məlumata əsasən, Fransa lideri səfir vasitəsilə İsveçrə Prezidenti ilə görüşünü ləğv etdiyini bildirib.

Makronun rəsmi səfəri noyabr ayına planlaşdırılırdı və bu görüşə altı aydır hazırlıq görülürdü.

Qeyd edildiyi kimi, Fransa lideri 2022-ci ilin yayına qədər İsveçrə ilə bütün yüksək səviyyəli ikitərəfli təmasları da qadağan edib.

Makronun qərarı, İsveçrənin ordunun ehtiyacları üçün ABŞ F-35 qırıcılarını seçməsi ilə əlaqədardır.