QR CodeQR Code

İran XİN rəhbəri ABŞ-a gedəcək

19 Sep 2021 21:30

İslamTimes: İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.


Xətibzadə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın BMT Baş Assambleyasının iclasına qatılmaq üçün sabah Nyu-Yorka gedəcəyini və fərqli qitələrdən gələn xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.
Xətibzadə BMT Baş Assambleyasının iclasında İran nümayəndə heyəti ilə ABŞ nümayəndə heyəti arasında görüş planının olub-olmayacağı sualına "yox" cavabı verib. /Eastnews/


Story Code: 954669

News Link :
https://www.islamtimes.org/az/news/954669/iran-xin-rəhbəri-abş-a-gedəcək

Islam Times
  https://www.islamtimes.org