QR CodeQR Code

Nyu-York polisi Rusiya seçki məntəqəsinin təhlükəsizliyini təmin etməyib

20 Sep 2021 09:08

İslamTimes: “Nyu-York polisi Dövlət Dumasına keçirilən seçkilərlə bağlı seçki məntəqəsinin yerləşdiyi Rusiya baş konsulluğunun təhlükəsizliyini təmin etmək üçün əməkdaşlarını göndərmədi”.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nyu-Yorkdakı baş konsulu Sergey Ovsyannikov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təxminən 540 adam səs verib: “Seçki fəallığı aşağı oldu. İki mindən bir qədər az vətəndaş gözləyirdik”.

Diplomat bildirib ki, kənardan səsverməyə müdaxilə cəhdləri olmayıb.

O, əlavə dib ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gün boyu seçki məntəqəsinin ətrafında təhlükəsizliyi təmin etmək üçün gəlməyib: “Xoşbəxtlikdən heç bir hadisə olmadı. Əvvəlcədən aidiyyəti orqana bununla bağlı sorğu göndərilmişdi, lakin polis postu təşkil edilmədi”.


Story Code: 954727

News Link :
https://www.islamtimes.org/az/news/954727/nyu-york-polisi-rusiya-seçki-məntəqəsinin-təhlükəsizliyini-təmin-etməyib

Islam Times
  https://www.islamtimes.org