0
Monday 20 September 2021 - 13:42

İranın 3-cü tankeri Livana yola düşdü

Story Code : 954775
İranın 3-cü tankeri Livana yola düşdü

Deyerler.org Mehrnews-ə istinadən xəbər verir ki, Stokholmda fəaliyyət göstərən və dünyada neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” firması, İran yanacağını daşıyan üçüncü neft tankerinin Livana getdiyini iddia edib.
 
İran tərəfindən göndərilən yanacaq daşıyan 20 yanacaq sisterni ötən cümə axşamı Livan ərazisinə daxil olub.
 
İrandan Livana yanacaq daşıyan ikinci tanker 18 sentyabrda səhər saatlarında Suriyanın ərazi sularına daxil olub.
 
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İranla yanacaq razılaşması ilə əlaqədar olaraq, belə demişdi: “Üçüncü tankeri Livana göndərmək barədə İranla razılığa gəldik. Livanın qarşıdakı çətin mərhələlərini keçə bilməsi üçün daha üç yanacaq tankerinə ehtiyacımız var”.
 
Source : Deyerler
Comment