0
Monday 20 September 2021 - 13:49

İraqda Ərbəin zəvvarlarına qarşı üç terrorun qarşısı alındı

Story Code : 954776
İraqda Ərbəin zəvvarlarına qarşı üç terrorun qarşısı alındı

Deyerler.org xəbər verir ki, təhlükəsizlik mənbəyinin Shafaq News saytına verdiyi məlumata görə, İraqın kəşfiyyat xidməti sentyabrın 18-i Babil əyalətində Ərbəin zəvvarlarına qarşı edilən üç istiqamətli hücumun qarşısını alıblar.
 
“Babil kəşfiyyat xidmətinin təhlükəsizlik qüvvələri Əl-Musəyyib şəhərinin Əl-Bucasəm bölgəsində Ərbəin zəvvarlarını hədəfə alan əməliyyatın qarşısını aldı. Terror aktı bomba və iki partlayıcı kəmərlə törədiləcəkdi”, - deyə sözügedən mənbə bildirib.
 
Terror əməliyyatı ilə bağlı ətraflı məlumat verməyib.
 
Bu arada, İraqın Əl-Həşduş Şəbi təşkilatı da Samirra şəhərinin şərq bölgələrində yoxlama və təmizləmə əməliyyatlarının başa çatdığını elan edib.
 
Samirra Əməliyyat Komandanlığına bağlı olan 315-ci briqada, 3-cü Federal Polis Briqadasının 3-cü alayının dəstəyi ilə Samirranın şərqindəki Təl-Əsvad, Əl-Taqiya və Bənət Əl-Hassan bölgələrində təmizləmə və yoxlama əməliyyatlarını tamamlayıb.
 
 
Əl-Həşdu Şəbi əməliyyatla qeyd olunan bölgələrdə təhlükəsizliyi gücləndirmək və şəhər ətrafında təhlükəsizliyi təmin etmək kimi bütün məqsədlərinə çatdığını elan edib.
 
Bundan əvvəl Əl-Həşduş Şəbi qərargah rəisinin müavini Yasir Əl-Hüseyn bu yaxınlarda verdiyi açıqlamasında belə demişdi: “Təşkilatımızın İmam Hüseynin (ə) Ərbəin mərasimi üçün qurduğu əməliyyat otağı, sonuncu zəvvar Kərbəladan qayıdana qədər fəaliyyətini davam etdirəcək”.
 
Source : Deyerler
Comment