QR CodeQR Code

Yəmən ordusu və Ənsarullah Məaribdə strateji ərazini işğalçılardan təmizlədi

Deyerler , 20 Sep 2021 13:52

İslamtimes - Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejiminin koalisiyasının qüvvələri ilə şiddətli qarşıdurmadan sonra Məaribin şimalındakı strateji əhəmiyyətli bölgəni nəzarətə götürməyi bacarıblar.



Deyerler.org xəbər vüerir ki, Yəmən ordusu və Ənsarullah qüvvələri ilə Səudiyyə rejiminin koalisiyasına bağlı qüvvələr və Əl-Qaidə yaraqlıları arasında şimal-qərbi Məaribdə döyüşlər şiddətlənib.
 
Bununla əlaqədar olaraq, yerli mənbələr YPAgency-yə bildiriblər ki, Səna qüvvələri son saatlarda şiddətli döyüşlər vaxtı Vadi Naxlanın (Məaribin şimalında) strateji bölgəsini tam nəzarət altına almağı bacarıblar.
 
Xəbərdə daha sonra Ənsarullah qüvvələrinin Səudiyyə rejiminin koalisiyası və Əl-Qaidə yaraqlıları ilə ağır toqquşmalardan sonra koalisiyanın qüvvələrinə geniş hava dəstəyinin verilməsinə baxmayaraq, Naxla vadisini nəzarətə götürdüyü vurğulanıb.
 
Naxla vadisini nəzarətə götürdükdən sonra, Yəmən ordusu və Ənsarullah qüvvələri qarşı tərəfin hər hansı bir hücumunu dəf etməyə hazır olmaq üçün bölgədə və ətrafında qüvvələrini artırıblar.
 
Yəmən Milli Qurtuluş Hökumətinin qüvvələri (Sənada yerləşir), son aylarda meydandakı irəliləyişlərini davam etdirərək, Məarib və Əl-Bəyda vilayətlərində mühüm ərazilərdə nəzarəti ələ keçirib.
 
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii keçən həftə 1600 kvadrat kilometrlik Məczar və Raqvan şəhərlərinin azad edildiyini açıqlamışdı. Bundan bir neçə gün əvvəl də, 1200 kvadrat kilometrlik Rahbah və Mahliyah şəhərləri Səna qüvvələrinin əlinə keçmişdi.
 


Story Code: 954778

News Link :
https://www.islamtimes.org/az/news/954778/yəmən-ordusu-və-ənsarullah-məaribdə-strateji-ərazini-işğalçılardan-təmizlədi

Islam Times
  https://www.islamtimes.org