QR CodeQR Code

Kabil aeroportu rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib

20 Sep 2021 16:21

İslamTimes: Kabil Beynəlxalq Hava Limanı bu gün rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib.


APA-nın “Khaama Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Aviasiya Departamenti məlumat yayıb.

Mülki Aviasiya Departamenti hava limanının əsasən səhər saat 06:00-dan axşam saat 18:00-a qədər gündəlik 12 saat işlədiyini açıqlayıb.

Bildirilib ki, ilk ticari beynəlxalq uçuş sentyabrın 19-da İslamabada olub.

Xatırladaq ki, “Taliban”ın ölkəyə nəzarəti tam ələ keçirməsindən sonra hava limanında baş verən xaos və avqustun 26-da aeroport yaxınlığında törədilən terror aktı nəticəsində Kabil hava limanının uçuş-enmə zolağına və terminallara ciddi ziyan dəyib. Hava limanının fəaliyyətinin bərpasına Qətər və Türkiyədən olan texniklər kömək edib.


Story Code: 954806

News Link :
https://www.islamtimes.org/az/news/954806/kabil-aeroportu-rəsmi-olaraq-daxili-və-beynəlxalq-uçuşları-bərpa-edib

Islam Times
  https://www.islamtimes.org