0
Monday 20 September 2021 - 18:28

Qrossi: "İranın nüvə proqramı ilə bağlı narahat olmağa dəyməz"

Story Code : 954835
Qrossi: "İranın nüvə proqramı ilə bağlı narahat olmağa dəyməz"
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi Avstriya paytaxtı Vyanada agentliyin keçirdiyi plenar iclasında İranın nüvə proqramına dair konstruktiv danışıqların aparıldığını və bu məsələnin nəzərdən keçirildiyini elan edib.

Rafael Qrossi dünyanı sakitləşdirmək üçün İranın nüvə proqramı ilə bağlı təcili məsələnin müzakirə ediləcəyinə ümidli olduğunu bildirib: "Biz dünyanı İranın nüvə proqramı ilə bağlı narahatlığa ehtiyac olmadığına əmin etməyə çalışırıq. İranın nüvə proqramı ilə bağlı qənaətbəxş bir status əldə etmək üçün lazım olan diplomatik tədbirlər görülür".

Həmçinin Qrossi vurğulayıb ki, İran hər kəsi nüvə proqramının sülh xarakterli olduğuna inandırmalıdır. /Eastnews/