Həmas Knesset üzvünün "ölüm" çağırışına cavab verdi
Story Code : 954846
Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü bildirib ki, işğalçı İsrail parlamentində radikal partiya liderinin dəvəti əslində İsrail rejiminin nə qədər cinayətkar zehniyyətə sahib olduğunun göstəricisidir.
Fələstin KİV-nin verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) sözçüsü Əbdül Lətif əl-Qanou bildirib ki, radikal Yəhudi Gücü Partiyasının lideri İtmar Ben Qovirin "Azadlıq Tuneli" əsirlərini öldürməyə dəvəti işğalçı rejimin cinayətkar zehniyyətinin və müxtəlif partiyaların Fələstinə qarşı cinayətlərdə iştirakının, irqçi davranışlarının göstəricisidir.