0
Monday 20 September 2021 - 19:58

Ənsarullah lideri: İnqilabdan öncə Yəmən ABŞ səfiri tərəfindən idarə olunurdu

Story Code : 954851
Ənsarullah lideri: İnqilabdan öncə Yəmən ABŞ səfiri tərəfindən idarə olunurdu
Yəmənin Ənsarullah Müqavimət Hərəkatının lideri Seyid Əbdül Malik əl-Husi Yəmən inqilabının yeddinci ildönümü münasibətilə çıxış edib.

Əl-Husi 21 sentyabr inqilabının ildönümü münasibəti ilə xalqı təbrik edərək, bu inqilabın davam edən böyük bir uğur olduğunu bildirib.

Müqavimət lideri uyğun inqilabın insani, əxlaqi ehtiyaclardan doğan bir hərəkat olduğunu qeyd edərək, deyib:
"Ölkənin əvvəlki vəziyyəti bizə inqilabın zəruri olduğunu və Yəmən xalqının xeyrinin bu inqilabda olduğunu başa saldı."