QR CodeQR Code

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

21 Sep 2021 15:50

İslamTimes: Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.


Bu barədə Axar.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək.

Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.


Story Code: 954992

News Link :
https://www.islamtimes.org/az/news/954992/iran-xarici-işlər-nazirinin-müavini-azərbaycana-gəlir

Islam Times
  https://www.islamtimes.org