QR CodeQR Code

Fitr (Ramazan) bayramı ya avqustun 31-də, ya sentyabrın 1-də olacaq

30 Aug 2011 00:42

IslamTimes - Məlum olduğu kimi, qəməri ayın başlanğıcı və sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən hilal, ayın bitməsini və digər ayın başlamasını xəbər verir.


Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir. Yəni, əgər hilal (yeni Ay) avqustun 30-da görünərsə, bayram günü avqustun 31-i, hilal avqustun 31-də görünəcəksə, Fitr bayramı sentyabrın 1-də olacaq. Bayram axşamında fitrə zəkatı ayırmaq, bayram günü isə bu zəkatı vermək lazımdır.
Fitrə zəkatının bu il üçün miqdarı barədə, inşəallah, əlavə məlumat veriləcəkdir.

Qarşıdan gələn bayramınız mübarək! /Deyerler/


Story Code: 95509

News Link :
https://www.islamtimes.org/az/news/95509/fitr-ramazan-bayramı-ya-avqustun-31-də-sentyabrın-1-olacaq

Islam Times
  https://www.islamtimes.org