0
Wednesday 22 September 2021 - 10:03

ABŞ-da nə baş verir? - Silah səsləri susmaq bilmir!

Story Code : 955118
ABŞ-da nə baş verir? - Silah səsləri susmaq bilmir!
"The Washington Post" qəzeti yazır ki, naməlum şəxs Alabama prospektində bir ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb. Nəticədə beş nəfər yaralanıb, onlardan biri 13 yaşlı yeniyetmədir. Yaralananların üçü xəstəxanaya aparılıb, qalan ikisinə ilkin tibbi yardım göstərilib.

Daha bir atışma ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində olub. Nəticədə iki nəfər yaralanıb. Polis hadisənin məktəbin yaxınlığında baş verdiyini qeyd edib. Hadisənin təfərrüatları barədə heç bir məlumat verilməyib.