QR CodeQR Code

“Taliban” Əfqanıstanın BMT-dəki daimi nümayəndəsini dəyişib

22 Sep 2021 11:07

İslamTimes: “Taliban” BMT-yə yazılı olaraq bildirib ki, Əfqanıstanın əvvəlki hökumət tərəfindən təyin edilmiş Daimi Nümayəndəsi Qulam İsakzai artıq ölkəni təşkilatda təmsil etmir.


APA-nın xəbərinə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Xak RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə bununla bağlı BMT Baş katibinin ünvanına sentyabrın 20-də rəsmi məktubla müraciət olunub: “Məktubda daimi nümayəndənin missiyasının tamamlandığı və artıq Qulam İsakzainin Əfqanıstanı təmsil etmədiyi bildirilib. Eyni zamanda, yeni daimi nümayəndə kimi Məhəmməd Sühail Şahinin təyin edildiyi qeyd edilib”.

Fərxan Xak əlavə edib ki, məktubda, həmçinin, avqustun 15-dən Əfqanıstanın əvvəlki prezidenti Əşrəf Qəninin qovulduğu və ölkədə onun artıq prezident olaraq tanımadığını vurğulanıb”.












 


Story Code: 955124

News Link :
https://www.islamtimes.org/az/news/955124/taliban-əfqanıstanın-bmt-dəki-daimi-nümayəndəsini-dəyişib

Islam Times
  https://www.islamtimes.org