0
Wednesday 22 September 2021 - 11:19

İran nüvə razılaşması danışıqlarına qayıdır

Story Code : 955128
İran nüvə razılaşması danışıqlarına qayıdır
“Yeni hökumət bundan öncə aparılan danışıqları incələməkdədir. Danışıqlar başlayacaq. Bizim meyarımız qarşı tərəfin əməlidir, sözləri deyil. Biz vaxt uzatmaq niyyətində deyilik. Amerikanın konstruktiv olmayan davranışını da qəbul edən deyilik. Biz nə İranı gözləmədə saxlayacağıq, nə də boş vədlərə inanacağıq.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləsri üzrə Ali nümayəndəsi Cozef Borrellə görüşü zamanı deyib.

İran rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutan bu görüş zamanı nüvə sazişinin təhlükəyə düşməsində ABŞ-ın bu razılaşmadan birtərəfli qaydada çıxmasının əsas səbəb olduğunu bildirib.

İran rəsmisi Avropa dövlətlərinin Amerikanı ittihamlandırmaq əvəzinə İranı qınamasını da xoşagəlməz hal adlandırıb.

Hüseyn Əmir-Abdullahiyan bildirib ki, yeni hökumət nüvə sazişinə başlayacaq, lakin vaxtı uzadan və boş vədlərə inanan deyil.

İran XİN rəhbəri bildirib ki, hazırki ABŞ hökumətilə ilə Tramp Administrasiyası arasında faktiki olaraq dəyişiklik yoxdur.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.