0
Thursday 23 September 2021 - 09:46

ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşır - KİV

Story Code : 955304
ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşır - KİV
Axar.az xəbər verir ki, bunu "Business İnsider" nəşrində yayımlanan məqaləsində hərbi ekspert Stavros Atlamazoqlou qeyd edib.

"ABŞ bərabər gücə malik rəqiblə mümkün qarşıdurmada kabus ssenarisi ilə üz-üzə gələcək", - ekspert vurğulayıb.

Düşmən ölkənin açdığı atəşin əsgərlərin və ya silahların böyük hissəsini zərərsizləşdirə biləcəyini qeyd edən Atlamazoqlou bu səbəbdən ABŞ ordusunun qüvvələrini hava bazalarından kənar nöqtələrə dağıtmaq üçün təlimlər keçirdiyini yazıb.

Bu ssenarilərin öyrənilməsinin düşmən ölkənin ehtimal olunan hücumu qarşısında qoşunların sağ qalma qabiliyyətini artıracağını hesab edən ekspert ordunun gediş və yanacaqdoldurma nöqtələrini izləməyin çətin olacağını bildirib.