QR CodeQR Code

Səna strateji Əl-Bəyda əyalətinin tamamilə azad edildiyini elan etdi

إسلام تايمز , 23 Sep 2021 19:40

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü strateji Əl-Bəyda əyalətinin tamamilə azad edildiyini açıqlayaraq, Əl-Qaidə, İŞİD və Səudiyyə koalisiyası müttəfiqlərinə qarşı raket və pilotsuzlarla əməliyyatların detallarını açıqlayıb.


"FarsNews"un verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya Səri "Azadlıq və İstiqlal İnqilabı Bayramı" adlandırdığı 21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən xalqını təbrik edib.

Əl-Məsirə xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu barədə deyib: "Fəcr əl-Hürriyyə əməliyyatında ilk növbədə Yəməndəki təcavüzkar koalisiya ilə əlaqəli Əl-Qaidə və İŞİD ünsürlərinin qalıqları hədəfə alındı. Yəmən ordusu və xalq komitələri 48 saat ərzində Əl-Suma, Məsura və Makiras məntəqəsinin 2700 kvadrat kilometrini azad etdi."

Koalisiya qüvvələri 30 hava hücumu ilə Yəmən ordusunun qarşısını almağa çalışsa da, ordu sonra strateji Əl-Bəyda şəhərini də azad etməyə nail olub.


Story Code: 955396

News Link :
https://www.islamtimes.org/az/news/955396/səna-strateji-əl-bəyda-əyalətinin-tamamilə-azad-edildiyini-elan-etdi

Islam Times
  https://www.islamtimes.org