Səna strateji Əl-Bəyda əyalətinin tamamilə azad edildiyini elan etdi
Story Code : 955396
"FarsNews"un verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya Səri "Azadlıq və İstiqlal İnqilabı Bayramı" adlandırdığı 21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən xalqını təbrik edib.
Əl-Məsirə xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu barədə deyib: "Fəcr əl-Hürriyyə əməliyyatında ilk növbədə Yəməndəki təcavüzkar koalisiya ilə əlaqəli Əl-Qaidə və İŞİD ünsürlərinin qalıqları hədəfə alındı. Yəmən ordusu və xalq komitələri 48 saat ərzində Əl-Suma, Məsura və Makiras məntəqəsinin 2700 kvadrat kilometrini azad etdi."
Koalisiya qüvvələri 30 hava hücumu ilə Yəmən ordusunun qarşısını almağa çalışsa da, ordu sonra strateji Əl-Bəyda şəhərini də azad etməyə nail olub.