0
Thursday 23 September 2021 - 21:18

Suriya XİN: Türkiyə hərbçiləri təcili olaraq Suriyanı tərk etməlidir

Story Code : 955409
Suriya XİN: Türkiyə hərbçiləri təcili olaraq Suriyanı tərk etməlidir
Rusiyanın "RiaNovosti" informasiya agentliyinə müsahibə verən Suriya Xarici İşlər naziri Feysəl Miktad bildirib: "Suriyanın şimalında olan Türkiyə hərbçiləri təcili olaraq bu əraziləri tərk etməlidir. Beynəlxalq Birlik Suriya ordusunun ölkəni terrorçulardan təmizləmə əməliyyatlarını dəstəkləməlidir.

Feysəl Miktad əlavə edib ki, son günlər Suriyanın şimal hissəsində gərginliklərin artmasının əsil səbəbi Türkiyənin işğalçılığı və rəsmi Ankaranın bu məntəqələrdəki terrorçuları himayə etməsidir.

Qeyd edək ki, Türkiyə ordusu 2019-cu ildən Suriya hakimiyyətdən iznsiz bu ölkənin şimal torpaqlarına daxil olub. Bəzi iddialara görə Türkiyə müəyyən müddətdən sonra bu torpaqları öz tərkibinə qatmaq niyyətindədir