0
Thursday 23 September 2021 - 23:03

Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!

Story Code : 955427
Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim. Amma Co Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm. Bayden Suriyada terrorçulara silah-sursat göndərməyə başladı. Buna laqeyd qala bilmərik”, - Ərdoğan bildirib.

Dövlət başçısı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyduğu silahların Talibanın əlinə keçdiyini bildirib və Vaşinqtonun buna görə bədəl ödəyəcəyini qeyd edib.