QR CodeQR Code

Edamları ilə məşhur ABŞ "Taliban"dan edamı bərpa etməməsini istədi

25 Sep 2021 03:44

İslamTimes: ABŞ administrasiyası “Taliban”ın Əfqanıstanda cinayət əməllərinə görə edam və bədənə xəsarət yetirmək kimi cəza növlərini bərpa etməklə bağlı planlarını qəti şəkildə pisləyir.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Biz əfqanlar arasında ətrafların kəsilməsi və edam edilmə kimi cəza növlərinin yenidən bərpası planlarını qəti şəkildə qınayırıq. “Taliban”ın bəyan etdiyi bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara yol verənləri məsuliyyətə cəlb etmək niyyətindəyik”, - deyə Prays brifinq zamanı vurğulayıb.

Qeyd edək ki, “Associated Press” ötən gün “Taliban”ın görkəmli nümayəndələrindən biri Molla Nuruddin Turabiyə istinadən xəbər verib ki, hərəkatın nümayəndələri Əfqanıstanda oğurluq cinayətinə görə əlin kəsilməsinə riayət etmək niyyətindədirlər.


Story Code: 955578

News Link :
https://www.islamtimes.org/az/news/955578/edamları-ilə-məşhur-abş-taliban-dan-edamı-bərpa-etməməsini-istədi

Islam Times
  https://www.islamtimes.org