0
Saturday 25 September 2021 - 09:20

İDDİA: ABŞ-da əfqan qaçqınlar amerikalı qadın hərbçiyə hücum edib

Story Code : 955615
İDDİA: ABŞ-da əfqan qaçqınlar amerikalı qadın hərbçiyə hücum edib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə obyektin komandirləri bildiriblər.

“Təsdiq edə bilərik ki, bir qadın hərbi qulluqçu 19 sentyabrda Nyu-Meksikodakı Donya Ana kompleksində təxliyə olunmuş və kişilərdən ibarət kiçik qaçqın qrupu tərəfindən hücuma məruz qalması barədə məlumat verib”, - deyə məlumatda qeyd olunub.

İnsidentin araşdırılması ilə FTB məşğuldur, təfərrüatlar barədə hələlik açıqlama verilməyib. Komandanlıq zərərçəkmişə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.