QR CodeQR Code

Rusiya bölgəyə ordu göndərir – Fransadan sərt xəbərdarlıq

25 Sep 2021 12:30

İslamTimes: “Vaqner” qrupu Maliyə daxil olsa, bunun Rusiya üçün ciddi nəticələri olacaq.


Teleqraf.com xəbər verir ki, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian deyib.

Fransız nazir Lavrova “Vaqner” qrupunun bu ölkənin işlərinə müdaxiləsinin yolverilməz olduğu xəbərdarlığını edib.

“Röyter” agentliyi Mali hökumətinin Rusiya muzdluları ilə müqavilə bağlaması haqda məlumat yayıb. Məlumata görə, “Vaqner” burada yerli hərbçilərə təlim keçəcək və yüksək rütbəli şəxslərin təhlükəsizliyini təmin edəcək. Agentliyin diplomatik mənbələrinə görə, Maliyə minə qədər rusiyalı hərbçinin göndərilməsi planlaşdırılır.

Buna cavab olaraq, Fransa tərəfi “Vaqner” döyüşçülərinin orada işləməyə başlaması durumunda Parisin Malidən ordusunu geri çəkəcəyini açıqlayıb. Fransa müdafiə naziri Florens Perli Malidə muzdluların olmasının son dərəcə həyəcanverici olacağını deyib.


Story Code: 955660

News Link :
https://www.islamtimes.org/az/news/955660/rusiya-bölgəyə-ordu-göndərir-fransadan-sərt-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org