0
Saturday 25 September 2021 - 13:22

Ərdoğan ABŞ və Suriya barədə açıqlama verdi - Təfərrüat

Story Code : 955664
Ərdoğan ABŞ və Suriya barədə açıqlama verdi - Təfərrüat
Ərdoğanın çıxışında aşağıdakı ifadələr yer alıb:

"Türkiyə-ABŞ münasibətləri indiyə qədər gözlədiyim kimi deyil və cənab Baydenlə danışıqlarda da istənilən nəticədə deyil. İndi də eyni şeyi düşünürəm.
İki NATO ölkəsi olaraq biz fərqli mövqedə olmalıyıq. Gözlənilən mövqedə deyiliksə, bunları da ifadə etmək lazımdır.
Mənim ABŞ liderlərindən heç biri ilə belə bir problemim olmayıb.
ABŞ terror təşkilatları ilə mübarizədə terror təşkilatlarına gözləniləndən daha çox dəstək verir. Mübarizə aparmaq əvəzinə onlara böyük miqdarda silah və texnika dəstəyi verir.
Bu yanaşmalar mövcud olduğu müddətcə biz də bunları dünya ictimaiyyəti ilə bölüşməliyik".

Ərdoğan Suriya məsələsilə bağlı da açıqlama verib:
"Gördüyünüz kimi ABŞ Suriya ilə o qədər də maraqlanmır. İndi burada kim var, İran, Rusiya və biz. Burada o yeri də sülh hövzəsinə çevirmək niyyətindəyiksə, öz aramızda danışmalıyıq. Bunları müzakirə edəcəyik.
Həmçinin Rusiya ilə ikitərəfli münasibətlərimizi daha da irəli aparmağa səy göstəririk. Məqsədimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdır.
Çox fərqli yeni bəzi tədbirlərə gəldikdə, bu, məlumat dairəmdən kənarda, daha çox Elmi Komitənin maraq dairəsidir". /Eastnews/