0
Saturday 25 September 2021 - 13:46

İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir

Story Code : 955668
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın İraqdakı səfiri İrəc Məscidi açıqlama verib.

İraqın dövlət telekanalına müsahibə verən İran səfiri ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turunun başlayacağını bildirib.

İki ölkənin əlaqələri 2015-ci ildən dayanıb. Tərəflər əsasən Yəmən məsələsində ciddi qarşıdurmadadırlar. Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz iki gün öncə BMT Baş Assambleyasının iclasında çıxışı zamanı İranla aparılan danışqıların nəticə verəcəyinə ümidvar olduğunu deyib.