0
Saturday 25 September 2021 - 20:45

Qilad Şalit: HƏMAS mənimlə çox yaxşı davranırdı

Story Code : 955748
Qilad Şalit: HƏMAS mənimlə çox yaxşı davranırdı
"Rai Əl-Yovma"un verdiyi məlumata görə, illər öncə HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qassam Briqadalarının komandiri Məhəmməd əl-Zeyfin həbs etdiyi sionist rejim zabiti, casus Qilad Şalit azad olunmasından 10 il sonra ona qarşı necə rəftar edildiyi və saxlanma şəraiti barədə danışıb.

Bir televiziya şəbəkəsinə müsahibə verən sionist rejim agenti bildirib ki, həbsdə olduğu 5 il ərzində Həmas həmişə onunla xoş davranıb və onun sağlamlığına ciddi əhəmiyyət verib. O əsirlikdə olduğu zaman ivrit dilində yayımlanan radio kanallarını dinləmək üçün ona radio da verildiyini qeyd edib.

Şalit deyib: "Bu beş il ərzində mən heç xəstələnmədim, amma arıqlamışdım. Sağlamlığıma görə çox narahat idilər. Canlı əsgər ölü əsgərdən daha dəyərlidir!"

Sionist rejim zabiti HƏMAS-ın əsirlərlə xoş davrandığından elə bir dönəmdə söz açıb ki, bu gün işğalçı İsrail rejimi həbsxanalarında olan fələstinli əsirlərə dəhşətli işkəncələr verilir. Bu əsirlərdən biri bir neçə gün öncə durumunun ağır olması səbəbindən xəstəxanaya yerləşdirilib.