0
Saturday 25 September 2021 - 21:09

"Həşd əş-Şəbi" Ərbəin zəvvarlarını qoruyacaq

Story Code : 955751
"Həşd əş-Şəbi" Ərbəin zəvvarlarını qoruyacaq
"Əl-Məlumə" informasiya agentliyinin verdiyi xəbərə görə, Fərat əməliyyatının komandanı general-mayor Əli əl-Həmdani deyib ki, İraqın "Həşd əş-Şəbi" Müqavimət Hərəkatının 9500 döyüşçüsü Kərbəlada Hüseyn Ərbəininə qatılan zəvvarlarının təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, şəhərə 266 hərbi maşın yerləşdirilib.

Əl-Həmdani əlavə edib: "Kərbəla, Əl-Divaniya və Babil əyalətlərində Fərat əməliyyatı başladılıb. Öz qüvvələrimizdən əlavə Babildə 3000, Nəcəfdə 2000 və yol boyu 1500 könüllü təhlükəsizliyin qorunması əməliyyatına qoşulub.